Misirin Ankaradakı nümayəndəsi Türkiyə XİNə çağırıldı


Dünya 15 Yan 2020 19:03:18 148 0

Misirin Ankaradakı nümayəndəsi Türkiyə XİNə çağırıldı

Misirin Ankaradakı müvəqqəti işlər vəkili Qahirədə "Anadolu" agentliyinin əməkdaşlarının saxlanılması ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, diplomatik nümayəndəyə Türkiyənin reaksiyası çatdırılıb.

Qeyd edək ki, Türkiyə ilə Misir arasında diplomatik münasibətlər 2013-cü ildən etibarən müvəqqəti işlər vəkili səviyyəsində davam etdirilir.

Xatırladaq ki, "Anadolu" agentliyinin Qahirədəki ofisinin 4 əməkdaşı polis tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıblar.