Rusiyada axtarışda olan erməni cinayətkarın yeri məlum oldu - Ölkəyə gətirilir


Digərləri 15 Yan 2020 19:09:00 120 0

Rusiyada axtarışda olan erməni cinayətkarın yeri məlum oldu - Ölkəyə gətirilir

Avstriya Rusiya ərazisində törətdiyi qətlə görə axtarışda olan erməni cinayətkar Qarri Qriqoryantsı oraya ekstradisiya edib

Bakı. Avstriya Rusiya ərazisində törətdiyi qətlə görə axtarışda olan erməni cinayətkar Qarri Qriqoryantsı oraya ekstradisiya edib. Trend-in məlumatına görə, Q.Qriqoryants 1998-ci ildə Krasnoyarsk diyarında məişət zəminində öz tanışını qətlə yetirib. Uzun müddət gizlənən cinayətkarın 2019-cu ilin iyununda Avstriyada olduğu müəyyən edilib. Rusiyanın ekstradisiya müraciətini Avstriya dekabr ayında təmin edib.