Kosmosda bişirilən ilk yemək


Digərləri 15 Yan 2020 19:04:00 133 0

Kosmosda bişirilən ilk yemək

ABŞ-dan olan astronavt Kristina Koç kosmik stansiyada qurabiyə bişirib.

Kosmos şirniyyatı "kosmosda bişirilən ilk yemək"" kimi tarixə düşüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "HaberGlobal" məlumat yayıb.

O, şirniyyatı 2019-cu ilin noyabr ayında Beynəlxalq Kosmik Stansiyaya göndərilən "Zero G" sobası ilə qurabiyə xəmirindən istifadə etməklə bişirib.

Bundan əlavə, Yer cazibəsi olmayan məkanda yemək bişirmək üçün hazırlanan "Zero G" sobası uğurla test edilib.