“Anadolu”nun Qahirədəki ofisinə polis basqını:


Dünya 15 Yan 2020 18:42:00 140 0

“Anadolu”nun Qahirədəki ofisinə polis basqını:

Misir polisi Türkiyənin "Anadolu" agentliyinin Qahirədəki ofisinə basqın edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, təhlükəsizlik kameralarını söndürən və interneti kəsən polis 1 nəfər Türkiyə vətəndaşını, 3 nəfər isə ofis işçisini tutub. Onlar naməlum istiqamətə aparılıblar. Səhər saatlarınadək ofisdə axtarışlar aparan polis işçilərin şəxsiyyət vəsiqələrini, mobil telefonlarını, kompüterlərini müsadirə edib. Onlar hadisədən sonra ofisə gələn "Anadolu" vəkilinə hər hansı məlumat verməkdən imtina ediblər.

Saxlanılanlar "Anadolu"nun Qahirə ofisinin maliyyə və idarə işləri üzrə rəhbəri Hilmi Balcı, Misir vətəndaşları Hüseyn əl Kabbani, Heseyn əl Abbas, Abdulsalam Məhəmməddir.