Pul və qızıl dolu seyfi oğurlayan dəstə üzvlərindən daha biri saxlanılıb


Digərləri 15 Yan 2020 18:31:00 150 0

Pul və qızıl dolu seyfi oğurlayan dəstə üzvlərindən daha biri saxlanılıb

Quldurluq yolu ilə içərisində 21 min dollar və 6 min manat dəyərində qızıl-zinət əşyaları olan seyf aparılıb.

Bakı. Evlərin birindən quldurluq yolu ilə seyfi aparmaqda şübhəli bilinən, qrupun digər üzvü saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21 min dollar və 6 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən, qrupun digər üzvü S.Nəbiyev saxlanılıb.