OPEC+ razılaşmasına dekabrda artıqlaması ilə əməl olunub


İqtisadiyyat 15 Yan 2020 18:27:56 119 0

OPEC+ razılaşmasına dekabrda artıqlaması ilə əməl olunub

OPEC+ razılaşmasına dekabrda artıqlaması ilə əməl olunub

2019-cu ilin dekabr ayında Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzvolan və olmayanölkələr gündəlik neft hasilatının həcmini161 min barel azaldaraq 29,44 milyon barelə endiriblər.

“Report” bu barədəOPEC-in yanvar hesabatına istinadən xəbər verir.

Məlumata görə, azalmanın 70%-niüzərinə götürmüş Səudiyyə Ərəbistanı hasilatı 111 min barel azaldaraq 9,76 milyon barelə, digər ölkələr -İraq 76 min barel azaldaraq 4,56 milyon barelə, BƏƏ isə 46 min barel azaldaraq 3,1 milyon barelə endirib.

Ümumiyyətlə isəhasilatının azaldılmasına dair Vyanada (Avstriya) əldə olunmuş OPEC+ razılaşmasınıniştirakçısı olan ölkələr 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən dekabr ayında gündəlik hasilatın həcmini1,25 milyon barel azaldıblar. Beləliklə onların məcmu hasilatı müvafiq olaraq 26,75 milyon bareldən 25,5 milyon barelə düşüb.Razılaşmaya əsasən, sözügedən ölkələrin gündəlik hasilatın həcmini 812 min barel azaltmaq barədə öhdəlik götürdükləri nəzərə alınsa, həmin öhdəlik noyabr ayında 146%, dekabr ayında isə 154% yerinə yetirilib.