Keçmiş məhkum girdiyi evdə yuxuya getdi


Dünya 15 Yan 2020 18:23:00 168 0

Keçmiş məhkum girdiyi evdə yuxuya getdi

Rusiyada yatmaq üçün başqasının evinə girən keçmiş məhkum saxlanılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Amur vilayətində 36 yaşlı keçmiş məhkum dəfələrlə yatmaq üçün eyni mənzilə gedib.

O, mənzildən oğurluq etməyib, yalnız divanda uzanaraq dincəlib.

Bir dəfə onu yuxu tutub və ev sahibinin gəlişindən xəbəri olmayıb.

Evində yad kişi görən qadın qorxaraq qışqırıb, qonşunun köməyilə qapını bağlayaraq polis çağırıb.