Parlament seçkiləri ilə əlaqədar indiyə qədər 77 beynəlxalq müşahidəçi akreditasiyadan keçib


Digərləri 15 Yan 2020 18:28:00 94 0

Parlament seçkiləri ilə əlaqədar indiyə qədər 77 beynəlxalq müşahidəçi akreditasiyadan keçib

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 77 beynəlxalq müşahidəçi akreditasiyadan keçib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müşahidəçilərin akreditasiyası davam edir və bu rəqəm artacaq.