“Əgər bu addımı atsa…”


Dünya 15 Yan 2020 18:20:00 149 0

“Əgər bu addımı atsa…”

Suriyanın hökumət qüvvələri İdlib əyalətində atəşkəsi pozmağa cəhd edərsə, Türkiyə birtərəfli qaydada buna cavab verməyə hazırdır.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

Ərdoğanın sözlərinə görə, siyasi prosesə mane olan rejimin (Bəşər Əsəd) qan tökülməsinə səbəb olan hərəkətlərdən imtina etməsini təmin etmək hər kəsin borcudur:

"Lazım gələrsə, rejimin İdlibdəki atəşkəsi pozma cəhdlərinə qətiyyətlə cavab verməyə hazırıq".