Rusiyada idarəçilik sistemi dəyişir


Dünya 15 Yan 2020 17:43:00 147 0

Rusiyada idarəçilik sistemi dəyişir

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə dövlət başçısının səlahiyyətlərinin bir hissəsinin Dumaya verilməsini təklif edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, belə bir təkliflə təxminən 1 saat 12 dəqiqə davam edən müraciətində çıxış edib. 

Məlumata görə, Rusiya parlamentinin Baş nazir, bütün Baş nazir müavinləri və federal nazirlərin namizədliyini təsdiqləmək hüququ qazanacağı gözlənilir.

Prezidentdən təklif olunan namizədlərin təsdiqlənməsi tələb olunacaq və onları rədd etmək hüququ olmayacaq. 

Bundan əlavə, Putin qeyd edib ki, Prezidentin etimadını itirərsə və ya vəzifələrini lazımınca yerinə yetirməzsə, Baş nazir, onun müavinləri və digər vəzifəli şəxsləri vəzifəsindən kənarlaşdırmaq hüququ olmalıdır.