Dağıstanda kəskin bağırsaq infeksiyası ilə bağlı onlarla uşaq xəstəxanaya yerləşdirildi


Digərləri 15 Yan 2020 17:23:00 143 0

Dağıstanda kəskin bağırsaq infeksiyası ilə bağlı onlarla uşaq xəstəxanaya yerləşdirildi

Dağıstanın Kizlyar şəhərində 75 nəfər kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, onlardan 39 nəfəri uşaqdır.

Hazırda 69 nəfər xəstəxanada müalicəsini davam etdirir.

Qeyd olunur ki, bağırsaq infeksiyasına çiy su səbəb olub. Hadisə ilə əlaqədar Dağıstanın hüquq mühafizə orqanlarında cinayət işi açılıb.