YAP üzvünün namizədliyi qeydə alınmayıb


Digərləri 15 Yan 2020 17:20:45 95 0

YAP üzvünün namizədliyi qeydə alınmayıb

Yeni Azərbaycan Partiyasının (YAP) üzvünün namizədliyi qeydə alınmayıb.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvünün namizədliyi qeydə alınmayıb.

“Report” xəbər verir ki, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən namizədliyi qeydə alınmayanTopçuyev Azər Yusif oğluMSK-ya müraciət edib.

Onun müraciəti haqqında Mərkəzi Seçki Komissiyasnının (MSK) bu gün keçirilən iclasındaMSK üzvü Tofiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, A.Topçuyev müraciətində qeyd edib ki, dairə seçki komissiyasına inanmır və ona görə də sənədlərini təqdim etməyib:

“O bildirib ki, sənədlərini valideynlərinin iştiarkı ilə DSK-ya təqdim etmək istəyir. Lakin valideynləri gəlsə də yenə də sənədlərini təqdim etməyib. Belə olan halda isə onun namizədliyi qeydə alınmayıb. Amma o, sonradan MSK-ya namizədliyinin qeydə alınmaması barədə şikayət edib. MSK həmin şikayəti araşdırıb”.

Məsələ MSK-nın iclasında müzakirə olunubvə DSK-nın qərarı qüvvədə saxlanılıb. Beləliklə, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən YAP üzvü Topçuyev Azər Yusif oğlu 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınmayıb.