Cəlilabad sakinindən 1 kq-dan artıq heroin götürülüb


Digərləri 15 Yan 2020 17:27:00 154 0

Cəlilabad sakinindən 1 kq-dan artıq heroin götürülüb

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Ə.Qubadov saxlanılıb

Bakı. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini saxlanılıb Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Ə.Qubadov Xətai rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 10 qram heroin götürülüb.