Polkovnik Azərbaycan Ordusuna qarşı kampaniyanın səbəblərini açıqlayıb


Siyasət 15 Yan 2020 17:04:32 109 0

Polkovnik Azərbaycan Ordusuna qarşı kampaniyanın səbəblərini açıqlayıb

“Son vaxtlar Azərbaycan Ordusuna qarşı qarayaxma kampaniyası aparılması ya sifarişdir, ya da kimlərinsə əsassız ambisiyalarından irəli gəlir. Mən bunların hamısının əlehinəyəm. Çünki orduya qarşı kampiya aparmaq, onu hədəf halına gətirmək&olmaz”.

“Son vaxtlar Azərbaycan Ordusuna qarşı qarayaxma kampaniyası aparılması ya sifarişdir, ya da kimlərinsə əsassız ambisiyalarından irəli gəlir. Mən bunların hamısının əleyhinəyəm. Çünki orduya qarşı kampaniyaaparmaq, onu hədəf halına gətirməkolmaz”.

“Report”un xəbərinə görə, bunuAzərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovdeyib.

O bildirib ki, ordu Azərbaycanın güvəndiyi və ölkənin təhlükəsizliyini təmin edən qüvvədir: “Orada minlərlə insan var ki, öz vəzifə borclarını, səlahiyyətlərini yüksək peşəkarlıqla həyata keçirirlər. Ordunu cəmiyyətin gözündən salmaq olmaz. Orduda özümüz xidmət aparmışıq, indi dəbizim övladlarımız qulluq edir. Həmçinin ordu bizim qürur mənbəyimizdir. Biz orduda xidmət edən hər kəsə mənəvi, psixoloji dayaq olmalıyıq. Onlara hər kəs kömək olmalıdırlar ki, özlərini daha güclü saysınlar.Ola bilsin ki, haradasa xırda səhvlər, xırda nöqsanlar var”.

C.Xəlilov qeyd edib ki, belə yalan məlumatları yayanlar düşmən dəyirmanına su tökən şəxslərdir: “Bu da düşmən üçün əlavə arqumentdir. Düşmənlərimiz həmin şəxslərə pul verir ki, Azərbaycan Ordusuda nöqsanlar tapıb, işıqlandırsınlar, odumuzu tənqid etsinlər. Bizim bu dırnaqarası vətənpərvərlərimiz düşmənlərimizə məlumatlar ötürürlər. Həmin informasiyalar yalan olsa da, düşmən ondan yararlanır, onun üzərində təbliğat qurur.

Bir daha deyirəm ki, ordu böyük qüvvədir. Bəzən evdə 3 uşağa nəzarət etmək mümkün olmur, gedib hər hansı bir hadisə törədir. Ola bilsin ki, orduda nöqsan, problemlər var. Bunun da həlli yolları mövcudur. Nəyə görə həmin problemlər, nöqsanlar düşmənlərə ötürülməlidir? Həmin şəxslər kimə xidmət etmiş olurlar? Onlar Vətənə xidmət etmiş sayılmırlar”.