Ağdam sakini ov tüfəngini polisə təhvil verib


Digərləri 15 Yan 2020 16:49:00 101 0

Ağdam sakini ov tüfəngini polisə təhvil verib

Ağdam rayon sakini mərhum atasından qalmış ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Bakı. Ağdam rayon sakini mərhum atasından qalmış ov tüfəngini könüllü olaraq polisə təhvil verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Ağdam rayonunun Mirəşelli kənd sakini İ.Abdullayev mərhum atasından qalmış müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.