“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti iclasının keçiriləcəyi vaxt açıqlandı


Digərləri 15 Yan 2020 16:18:00 79 0

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti iclasının keçiriləcəyi vaxt açıqlandı

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının altıncı iclası 2020-ci il fevralın 28-də Bakıda keçiriləcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Energetika Nazirliyindən bildiriblər.

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının birinci iclası 2015-ci il fevralın 12-də, ikinci iclası 2016-cı il fevralın 28-də, üçüncü iclası 2017-ci il fevralın 23-də, dördüncü iclası 2018-ci il fevralın 15-də, beşinci iclası 2019-cu il fevralın 20-də baş tutub.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" "Şahdəniz 2" yatağından hasil olunan Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəmərləri infrastrukturunun yaradılmasını nəzərdə tutur.