Şəki Dövlət Dram Teatrının 2020-ci il üzrə repertuar planı təsdiqlənib


Digərləri 15 Yan 2020 16:02:48 89 0

Şəki Dövlət Dram Teatrının 2020-ci il üzrə repertuar planı təsdiqlənib

Şəki Dövlət Dram Teatrı 2020-ci ilin repertuar planını təsdiq edib.

Şəki Dövlət Dram Teatrı 2020-ci ilin repertuar planını təsdiq edib.

Teatrdan "Report"a verilən məlumata görə, teatrın səhnəsində cari ildə Xaqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti”, Sabit Rəhmanın “Yalan” komediyası, Əbdürrəhim bəy Haqverdiyevin “Ağaməhəmməd şah Qacar” əsəri və uşaqlar üçün Nazim Hikmətin “Kor padşah” nağılı tamaşaya qoyulacaq.

Əməkdar incəsənət xadimi Sabit Rəhmanın “Yalan”, görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin isə“Ağaməhəmməd şah Qacar” əsərlərinin seçilməsində məqsəd dramaturqların anadan olmasının 110 və 150 illik yubileylərinin bu ilə təsadüf etməsi ilə əlaqədardır.

Hazırda teatrda Xaqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti” əsərinin məşqləri gedir. Əsər Azərbaycanın xanlıqlar dövrünün tarixinə işıq salır. Burda həm xanlıqlar arasındakı ədavət, həm Nadir şah hakimiyyəti dövründə yerli əhalinin başına gətirilən oyunlar, həm də Şəki xanı Hacı Çələbinin ailəsində baş verən hadisələrdən söhbət açılır. İki hissəli dram Dövlət Mükafatı laureatı, akademik,Milli Məclisin deputatı Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunub.