Azərbaycanda sükan arxasında yatan sürücü 2 nəfəri vurdu, biri öldü


Digərləri 15 Yan 2020 16:05:00 124 0

Azərbaycanda sükan arxasında yatan sürücü 2 nəfəri vurdu, biri öldü

Sükan arxasında yuxulayan sürücü ağır qəzaya səbəb olub.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə rayon yollarının birində baş verib.

Belə ki, səki ilə hərəkət edən iki nəfəri qəfildən idarəetməni itirən "Mercedes"" markalı avtomobilin sürücüsü vurub. 

Hadisə nəticəsində yaşlı kişi yolun kənarına düşüb. Əlində qarpız aparan gənc isə zərbənin gücündən yaxınlıqdakı kamera dirəyinə dəyib və hadisə yerindəcə keçinib.