Piter Teys: Parlament seçkiləri Azərbaycanda demokratik təsisatların daha da möhkəmlənməsinə töhfə verəcək


Digərləri 15 Yan 2020 16:07:52 105 0

Piter Teys: Parlament seçkiləri Azərbaycanda demokratik təsisatların daha da möhkəmlənməsinə töhfə verəcək

Fevralın 9-da keçiriləcək parlament seçkiləri Azərbaycanda demokratik təsisatların daha da möhkəmlənməsinə töhfə verəcək.

Bakı. Fevralın 9-da keçiriləcək parlament seçkiləri Azərbaycanda demokratik təsisatların daha da möhkəmlənməsinə töhfə verəcək. Trend-in məlumatına görə, bunu “Secki-2020” Müsətqil Media Mərkəzinə açıqlamasında amerikalı jurnalist, politoloq Piter Teys deyib. Onun sözlərinə görə, Azərbaycanda seçki sistemi çox yaxşı təşkil edilib: “Ölkədə mövcud tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələri üçün yaradılan bərabər şərait hər zaman nümunə kimi qiymətləndirilib. Dövlətin bu cüt tolerant cəmiyyət üçün formalaşdırdığı demokratik seçki mühiti, institusional hesabatlılıq və təkmil qanunvericilik bazası seçkilərin şəffaf və ədalətli şəraitdə keçməsinə zəmin yaradır. Təcrübə göstərir ki, keçirilən hər yeni seçki demokratik standartların möhkəmlənməsinə xidmət edir. Bundan əvvəlki seçkilər seçici fəallığı ilə yadda qalıb. Ümid edirəm ki, fevralın 9-da keçiriləcək seçkilərdə də xalq şəffaf, demokratik mühitin yaratdığı imkanlardan səmərəli istifadə edəcək və bu seçkilər Azərbaycanın istər bölgədə, istərsə də dünyada nüfuzunu daha da möhkəmləndirəcək”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin