Doktorantura və dissertanturaya xarici dil üzrə elektron sınaq imtahanları keçiriləcək


Digərləri 15 Yan 2020 15:47:00 143 0

Doktorantura və dissertanturaya xarici dil üzrə elektron sınaq imtahanları keçiriləcək

Sınaq imtahanları 2020-ci il yanvarın 18-də saat 10.00 və 15.00-da başlayacaq.

Bakı. Dövlət İmtahan Mərkəzində (DİM) doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslərin xarici dil (ingilis, fransız, alman) fənləri üzrə imtahana daha da səmərəli hazırlaşmalarına kömək etmək məqsədilə elektron sınaq imtahanları keçiriləcək DİM-dən Trend-ə verilən məlumata görə, sınaq imtahanları 2020-ci il yanvarın 18-də saat 10.00 və 15.00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 17 yanvar saat 17.00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün https://eservices.dim.gov.az/elimt/DocSinaq keçidinə daxil olmaq lazımdır.