İstanbulun “Yeni Qapı” metro qovşağında “Qanlı Yanvar” adlı fotosərgi açılıb


Siyasət 15 Yan 2020 15:17:15 149 0

İstanbulun “Yeni Qapı” metro qovşağında “Qanlı Yanvar” adlı fotosərgi açılıb

Türkiyənin İstanbul şəhərinin “Yeni Qapı” metro qovşağının ən hərəkətli keçidində “Qanlı Yanvar” adlı fotosərgi açılıb.

© Report

Türkiyənin İstanbul şəhərinin “Yeni Qapı” metro qovşağının ən hərəkətli keçidində “Qanlı Yanvar” adlı fotosərgi açılıb.

"Report"un Türkiyə bürosu xəbər verir ki,Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutan tədbir 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunub.

Fotosərgi üç çıxış və üç giriş qapısı olan metro qovşağının mərkəzi keçidinə qoyulub. Tədbirinaçılışında Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, diplomatik korpusun əməkdaşları, media nümayəndələri iştirak ediblər.

Eyni zamanda sərgidə 20 Yanvar faciəsini faktlarla əks etdirən məlumat lövhələri yerləşdirilib.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev "Report"un yerli bürosunaaçıqlamasında bildirib ki, sərgidə 30 fotoşəkil nümayiş olunur: "Sərginin20 milyon əhalisi olan İstanbulun ən hərəkətlimetro qovşağında təşkil olunmasında məqsəd 20 Yanvar faciəsini Türkiyə ictimaiyyəti ilə yanaşı, dünyaya da tanıtdırmaqdır.Sərgi yanvarın 17-dək davam edəcək. Bundan başqa,İstanbul Yeniyüzyıl Universitetində də 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil ediləcək".

Vüsalə Abbasova

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək