Bakıda Pakistan vətəndaşının mağazası qarət olundu


Digərləri 15 Yan 2020 14:49:35 121 0

Bakıda Pakistan vətəndaşının mağazası qarət olundu

Bakıda əcnəbi vətəndaşın mağazası qarət olunub.

Bakı. Samir Əli - Bakıda əcnəbi vətəndaşın mağazası qarət olunub. Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində baş verib. Pakistan vətəndaşı, 1991-ci il təvəllüdlü Sadam Muhammed Firuzşah oğlu polisə müraciət edərək bildirib ki, Qara Qarayev prospekti 25/29-da işlətdiyi "Lady Star" geyim mağazasına gələn naməlum şəxs özünü kamera ustası kimi təqdim edərək mağazanın kassasından 200 manatı oğurlayıb.