BakıQubaRusiya sərhədi yolu ödənişli olacaq


Digərləri 15 Yan 2020 14:47:00 102 0

BakıQubaRusiya sərhədi yolu ödənişli olacaq

Azərbaycanda bir neçə ödənişli avtomobil yolunun tikintisi nəzərdə tutulur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib.

O bildirib ki, ödənişli yol qismində Ələt-Astara yolu nəzərdə tutulub. Bu yol sürücüyə 39 kilometr məsafəyə qənaət etməyə imkan verəcək.

Bundan başqa, mövcud yola paralel yerləşən və sürücüyə 18 kilometr məsafəyə qənaət etməyə imkan verəcək Bakı-Quba-Rusiya sərhədi yolu da ödənişli olacaq.