Qanunsuz parklanma ilə mübarizənin yeni metodu - yollara kameralı avtomobillər buraxılacaq


Digərləri 15 Yan 2020 14:14:00 120 0

Qanunsuz parklanma ilə mübarizənin yeni metodu - yollara kameralı avtomobillər buraxılacaq

Paytaxtın küçə və prospektlərində qanunsuz parklanma hallarına nəzarətin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir.

Bakı. Paytaxtın küçə və prospektlərində qanunsuz parklanma hallarına nəzarətin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, bu çərçivədə, nəzarət tədbirləri xüsusi kameralarla təchiz olunan avtomobillərlə də aparılacaq. "Qanunsuz parklanma hallarının daha dəqiq qeydə alınması və operativliyinin artırılmasına imkan verən avtomobillər fasiləsiz nəzarəti həyata keçirmək baxımdan əhəmiyyətlidir. Avtomobilin hərəkət trayektoriyasındakı yollarda dayanma və durma qaydalarının pozulması faktları aşkar edildikdə həmin hallar video-çəkilişlə qeydə alınacaq. Avtomobildə olan əməkdaş isə istifadəsində olan bort-kompüter vasitəsilə dayanma və durma qaydalarını pozan sürücü barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edə biləcək. Bununla da əməkdaşın sürücülərlə hər hansı ünsiyyəti olmadan, xidməti avtomobilləri dayandırmadan qanunsuz parklanma hallarına daha geniş sahədə və daha səmərəli nəzarət mümkün olacaq.