Baş həkim xəstəxanada bir gecədə iki nəfərin ölməsinin səbəbini açıqladı


Digərləri 15 Yan 2020 14:05:00 104 0

Baş həkim xəstəxanada bir gecədə iki nəfərin ölməsinin səbəbini açıqladı

Həkimlərin hər iki xəstə üçün zəruri olan bütün tədbirləri görməsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Son.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutunun baş həkimi İman Rzayev deyib.

O bildirib ki, xəstələrdən biri ürək-ağciyər çatışmazlığından, digəri isə qanaxmadan vəfat edib:

"Hər iki xəstə Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə alıb. Binəqədi rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Qəniyev ürək-ağciyər çatışmazlığından əziyyət çəkirdi. Əvvəllər narkotik vasitə istifadəçisi olub. Müalicə dövründə həkim personalı əllərindən gələni ediblər. Hətta xəstə müalicə dövründə kəskin reaksiya göstərərək həkimlərin üzərinə bıçaq da çəkmişdi.