Ermənilər “Həsrət nəğməsi”ni oğurladılar


Şou-biznes 15 Yan 2020 13:25:00 120 0

Ermənilər “Həsrət nəğməsi”ni oğurladılar

Erməni ifaçılar bu dəfə Xalq artisti Röya Ayxan və müğənni Tunar Rəhmanoğlunun "Həsrət nəğməsi" mahnısını oğurlayıblar.

Son.az axşam.az-a istinadən bildirir ki, sözləri Vüqara, musiqisi Rəşad Bağırova məxsus mahnını müğənnilər Serine Hovhannisyan və Levon Zaqaryan ifa ediblər.

Mahnı "Youtube" video-portalında "İmacir Sirel em" adı altında təqdim olunub. Sözlərin müəllifi kimi Artur Mesropyan qeyd edilsə də, musiqinin kimə məxsus olması yazılmayıb.