Azərbaycanda bu xəstəxanada bir gecədə iki nəfər öldü


Digərləri 15 Yan 2020 13:14:00 119 0

Azərbaycanda bu xəstəxanada bir gecədə iki nəfər öldü

Bu gün Ağciyər Xəstəlikləri İnstitutunda iki ölüm hadisəsi qeydə alınıb.

Son.az unikal.org-a istinadən xəbər verir ki, Lerik rayon sakini 1978-ci il təvəllüdlü Qafarov Azad Həsənağa oğlu və Binəqədi rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Qəniyev müalicə aldıqları Ağciyər Xəstəlikləri İnstitutunda qanaxmadan vəfat ediblər.

Xəstələrin yaxınları ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndiriblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-a verilən məlumata görə, hadisə barədə araşdırma aparılır.