“Formula 1 Grand Prix” Azərbaycana nə qədər fayda verib?


Digərləri 15 Yan 2020 13:14:00 156 0

“Formula 1 Grand Prix” Azərbaycana nə qədər fayda verib?

2016-cı ildən etibarən Azərbaycanda keçirilən və dünyanın ən çox izlənən idman növlərdən olan "Formula 1 Grand-prix" həm ölkəmizin tanıdılmasına, həm də iqtisadiyyatın inkişafına töhfə verir.

Bakı. 2016-cı ildən etibarən Azərbaycanda keçirilən və dünyanın ən çox izlənən idman növlərdən olan "Formula 1 Grand-prix" həm ölkəmizin tanıdılmasına, həm də iqtisadiyyatın inkişafına töhfə verir. Belə ki, Formula 1 Qran Prisi Azərbaycanın görməli və tarixi yerlərini, istirahət-kurort imkanlarını, mükəmməl mətbəx və gözəl təbiətini təbliğində, ölkənin xidmət sektorunun inkişafına müsbət təsir göstərir. Qeyd edək ki, son 4 il ərzində Bakıda keçirilən Azərbaycan Qran Prisi ərəfəsində PR kampaniyası çərçivəsində press-relizlər, müsahibələr, şəkil, video və xüsusi tədbirlər vasitəsilə yaradılan xəbərlərin bütünlüklə oxunma və baxılma sayı ümumilikdə 296,3 milyon dollar media dəyəri yaratmışdır. Bundan başqa, turistlərin xərcləmələri, bilet satışları üzrə gəlirlər, F1 işçilərindən əldə edilən ümumi fayda, TV vasitəsilə canlı baxış üzrə əldə edilən dəyər və digər birbaşa yaxud dolayı gəlirlər əsasında iqtisadi fayda artan templə ümumilikdə cəmi 500,8 milyon dollar təşkil etmişdir (Cədvəl 1). Cədvəl 1. 2016-2019-cu illərdə Azərbaycan Respublikasında keçirilən Formula 1 Azərbaycan Qran Pri yarışının ölkə iqtisadiyyatına təsiri göstəriciləri İllər İqtisadi təsir* Media dəyəri** Ümumi təsir (manatla) (ABŞ dolları ilə) (manatla) (ABŞ dolları ilə) (manatla) (ABŞ dolları ilə) 2016 319 806 188 188 121 287 43 690 000 25 700 000 363 496 188 213 821 287 2017 163 053 987 95 914 110 3 910 000 2 300 000 166 963 987 98 214 110 2018 171 287 789