Ötən il Azərbaycandan Gürcüstana 22 milyon dollardan çox pul köçürülüb


İqtisadiyyat 15 Yan 2020 13:03:11 160 0

Ötən il Azərbaycandan Gürcüstana 22 milyon dollardan çox pul köçürülüb

Ötən il Azərbaycandan Gürcüstana köçürülən pul vəsaitlərinin həcmi 22,1 milyon dollar təşkil edib.

Ötən il Azərbaycandan Gürcüstana köçürülən pul vəsaitlərinin həcmi 22,1 milyon dollar təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.

2019-cu ildə Azərbaycandan qonşu ölkəyə ən az pul köçürmələri fevral ayında (1,4 milyon dollar), ən çox pul köçürmələri isə oktyabr və dekabr aylarında (2,2 milyon dollar) daxil olub.

Hesabat ilində Gürcüstandan Azərbaycana isə 14,4 milyon dollar köçürülüb. Ən az pul köçürmələri yanvar-fevral ayları (0,8 milyon dollar), ən çox pul köçürmələri isə may ayının (1,7 milyon dollar) payına düşüb.