Bakı-Quba-Rusiya sərhədi yolu ödənişli olacaq


Digərləri 15 Yan 2020 12:30:36 116 0

Bakı-Quba-Rusiya sərhədi yolu ödənişli olacaq

Azərbaycanda bir neçə ödənişli avtomobil yolunun tikintisi nəzərdə tutulur.

Bakı. Eldar Canaşvili - Azərbaycanda bir neçə ödənişli avtomobil yolunun tikintisi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib. O bildirib ki, ödənişli yol qismində Ələt-Astara yolu nəzərdə tutulub. Bu yol sürücüyə 39 kilometr məsafəyə qənaət etməyə imkan verəcək. Bundan başqa, mövcud yola paralel yerləşən və sürücüyə 18 kilometr məsafəyə qənaət etməyə imkan verəcək Bakı-Quba-Rusiya sərhədi yolu da ödənişli olacaq.