Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən il 1400 km-ə yaxın yol çəkib


İqtisadiyyat 15 Yan 2020 11:11:57 113 0

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən il 1400 km-ə yaxın yol çəkib

​Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən il 1 400 km-ə yaxın yol çəkib

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2019-cu ildə 51 layihə üzrə 1 080 km yol çəkməli idi”.

“Report” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

“Plan artıqlaması iləyerinə yetirilib və 1 376 km yol çəkilib. Bu işlərin bir qismi mövcud yolların yenidən qurulması və onların üzərində süni qurğuların quraşdırılması ilə bağlıdır”, - o qeyd edib.