Azərbaycanda 1376 kilometr avtomobil yolu istifadəyə verilib


Digərləri 15 Yan 2020 12:08:00 105 0

Azərbaycanda 1376 kilometr avtomobil yolu istifadəyə verilib

2019-cu ilin yekunlarına əsasən Azərbaycanda 1376 kilometrədək avtomobil yolu təmir edilib və istifadəyə verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib.

O bildirib ki, yolların genişlənməsi və magistralların yaradılması yük avtomobillərinin sürət həddini 80 kilometr/saata, minik maşınlarının isə 90-110 kilometr/saatadək artırmağa imkan verib.

S.Məmmədovun sözlərinə görə, yüksək keyfiyyətli və təhlükəsiz yollar Azərbaycanın iqtisadi inkişafı və ictimai rifahının vacib amilidir.