Həbs olunan icra başçının müstəntiq oğlu işdən çıxarıldı


Digərləri 15 Yan 2020 11:40:00 135 0

Həbs olunan icra başçının müstəntiq oğlu işdən çıxarıldı

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin oğlu işdən çıxarılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.

O bildirib ki, Ramal Quliyevin müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə o, tutduğu vəzifədən azad olunub.

Xatırlaq ki, R.Quliyev Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiq idi. N.Quliyev bir müddət əvvəl Dövlət Təhlüləsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.