Azərbaycanda 1376 kilometr avtomobil yolu istifadəyə verilib


Digərləri 15 Yan 2020 11:51:00 107 0

Azərbaycanda 1376 kilometr avtomobil yolu istifadəyə verilib

2019-cu ilin yekunlarına əsasən Azərbaycanda 1376 kilometrədək avtomobil yolu təmir edilib və istifadəyə verilib

Bakı. Eldar Canaşvili - 2019-cu ilin yekunlarına əsasən Azərbaycanda 1376 kilometrədək avtomobil yolu təmir edilib və istifadəyə verilib. Trend-in məlumatına görə, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib. O bildirib ki, yolların genişlənməsi və magistralların yaradılması yük avtomobillərinin sürət həddini 80 kilometr/saata, minik maşınlarının isə 90-110 kilometr/saatadək artırmağa imkan verib. S.Məmmədovun sözlərinə görə, yüksək keyfiyyətli və təhlükəsiz yollar Azərbaycanın iqtisadi inkişafı və ictimai rifahının vacib amilidir.