Təyyarənin yanacağı məktəblərin üzərinə töküldü - Onlarla xəsarət alan var


Digərləri 15 Yan 2020 11:53:00 137 0

Təyyarənin yanacağı məktəblərin üzərinə töküldü - Onlarla xəsarət alan var

ABŞ-ın Los Anceles şəhərində təcili eniş edən təyyarənin yanacağı məktəblərin üzərinə tökülüb

Bakı. ABŞ-ın Los Anceles şəhərində təcili eniş edən təyyarənin yanacağı məktəblərin üzərinə tökülüb. Trend-in məlumatına görə, hadisə nəticəsində təxminən 60 nəfər yüngül xəsarətlər alıb. Qeyd olunur ki, Los Ancelesdən Şanxaya uçmalı olan təyyarə Los Anceles beynəlxalq hava limanından havaya qalxdıqdan qısa müddət sonra texniki nasazlıqla əlaqədar geri qayıtmalı olub. Bu zaman təyyarənin çəkisinin azaldılması üçün pilotlar yanacağı buraxmaq qərarına gəlib. Nəticədə yanacaq aeroportdan 16 kilometr məsafədə yerləşən 4 məktəbin üzərinə tökülüb.