Elşad Hacıyevi ölümlə hədələyən şəxsin cinayət işi məhkəməyə göndərilib


Sosial 15 Yan 2020 11:12:46 39 0

Elşad Hacıyevi ölümlə hədələyən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevi ölümlə təhdid etməkdə təqsirləndirilən Fərid Quliyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevi ölümlə təhdid etməkdə təqsirləndirilən Fərid Quliyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

“Report”un xəbərinə görə, Bakı şəhər Prokurorluğunda aparılan istintaq yekunlaşaraq, baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, ötən il sentyabrın 29-da kütləvi informasiya vasitələrində Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin “Facebook” sosial şəbəkəsində “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunmasına dair informasiyalar yayılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydığı məlumata görə, “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə E.Hacıyevin öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib.

Qeyd olunan hərəkətlərdə öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanılaraq zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkədə qeyd olunan statusları yazan şəxsin Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Fərid Quliyev olması müəyyən edilib və saxlanılıb.

Yaşadığı evə baxış zamanı oradan 1 ədəd təklüləli yivsiz ov tüfəngi və “Makarov” tipli tapançaya aid 4 ədəd patron aşkar olunaraq götürülüb.

İlkin dindirmə zamanı F.Quliyev qonşusu Əvəz Muxtarovun 2017-ci ildə 50 manat pulunu alıb qaytarmadığına görə qisasçılıq zəminində onun adına saxta profil açaraq həbsinə nail olmaq üçün qeyd olunan məzmunda paylaşım etdiyini etiraf edib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə F.Quliyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən il 1400 km-ə yaxın yol çəkib like
  • 15 Yan 11:11  
İqtisadiyyat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən il 1400 km-ə yaxın yol çəkib

​Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən il 1 400 km-ə yaxı

arrow Ətraflı
Vüsal Hüseynov: “Ötən il qanunsuz miqrantların saxlanma mərkəzində 1237 əcnəbi saxlanılıb” like
  • 15 Yan 11:11  
Sosial Vüsal Hüseynov: “Ötən il qanunsuz miqrantların saxlanma mərkəzində 1237 əcnəbi saxlanılıb”

"Ötən il ölkədə qanuni əsaslarla olan və yaşayanların sayı 232.692 nə

arrow Ətraflı
2019cu ildə 35 halda vətəndaş və ya vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib like
  • 15 Yan 11:09  
Digərləri 2019cu ildə 35 halda vətəndaş və ya vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib

Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsin

arrow Ətraflı
Qubada 58 yaşlı kişi bıçaqlanıb like
  • 15 Yan 11:06  
Sosial Qubada 58 yaşlı kişi bıçaqlanıb

Nəbi Camal oğlu Şəfiyev mübahisə zəminində həmkəndlisi Rauf Muradov t

arrow Ətraflı
Azərbaycan Belarusun poçt markası müsabiqəsinə qatılır like
  • 15 Yan 11:05  
İqtisadiyyat Azərbaycan Belarusun poçt markası müsabiqəsinə qatılır

Bu il yanvarın 20-dən fevralın 20-dək “Belarus Respublikasının ən yaxş

arrow Ətraflı
Saxta spirtli içkilər istehsal edərək satışını həyata keçirən 4 şəxs həbs edilib like
  • 15 Yan 11:05  
Digərləri Saxta spirtli içkilər istehsal edərək satışını həyata keçirən 4 şəxs həbs edilib

Ötən il məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83.2 milyon m

arrow Ətraflı
Çin Mərkəzi Bankı maliyyə bazarına 300 milyard yuanlıq likvidlik verib like
  • 15 Yan 11:02  
İqtisadiyyat Çin Mərkəzi Bankı maliyyə bazarına 300 milyard yuanlıq likvidlik verib

Çin Mərkəzi Bankı maliyyə bazarına 300 milyard yuanlıq likvidlik verib

arrow Ətraflı
Azərbaycanda daimi yaşamaq və iş icazəsi alan əcnəbilərin sayı açıqlanıb - SİYAHI like
  • 15 Yan 11:00  
Sosial Azərbaycanda daimi yaşamaq və iş icazəsi alan əcnəbilərin sayı açıqlanıb - SİYAHI

“2019-cu ildə 2041 əcnəbi daimi yaşamaq üçün icazə alıb. Bu, 2018-ci

arrow Ətraflı
Memarlıq müsabiqəsində iştirak edərək dünyanı necə xilas etmək olar like
  • 15 Yan 11:00  
Digərləri Memarlıq müsabiqəsində iştirak edərək dünyanı necə xilas etmək olar

Dayanıqlı dizayn üzrə dünyanın ən əlamətdar müsabiqəsi

arrow Ətraflı
Memarlıq müsabiqəsində iştirak edərək dünyanı necə xilas etmək olar like
  • 15 Yan 11:00  
Digərləri Memarlıq müsabiqəsində iştirak edərək dünyanı necə xilas etmək olar

Dayanıqlı dizayn üzrə dünyanın ən əlamətdar müsabiqəsi

arrow Ətraflı
Bakcell yeni “099” prefiksini istifadəyə verib like
  • 15 Yan 10:58  
Digərləri Bakcell yeni “099” prefiksini istifadəyə verib

“Yeni 099 prefiksi sayəsində istifadəçilər geniş çeşidli yeni nömrəl

arrow Ətraflı
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ilin hesabatını verdi (FOTO) like
  • 15 Yan 10:55  
Digərləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ilin hesabatını verdi (FOTO)

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ötən il də diqqət mər

arrow Ətraflı