İranda yenə də avtobus aşdı:


Dünya 15 Yan 2020 11:36:00 172 0

İranda yenə də avtobus aşdı:

İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Bərdsir rayonunda Məşhəd-Bəndər Abbas avtobusunun aşması nəticəsində 7 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Kirman vilayətinin Fövqəladə Hallar və Təcili Tibbi Yardımlar üzrə Mərkəzinin direktoru Məhəmməd Saberi deyib.

O bildirib ki, həlak olanların 5-i qadın, ikisi isə kişidir.

Mərkəz rəsmisi hadisə nəticəsində 31 nəfərin yaralandığını deyib.

Saberi əlavə edib ki, yaralılar xəstəxanalara yerləşdiriliblər və onlardan ikisinin vəziyyəti ağırdır.