Baş prokurorun müavini: "Keçən il 3 hüquqi şəxs məhkəmə məsuliyyətinə verilib"


Digərləri 15 Yan 2020 11:14:00 119 0

Baş prokurorun müavini: "Keçən il 3 hüquqi şəxs məhkəmə məsuliyyətinə verilib"

2019-cu ildə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma faktları üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 7 cinayət işinin istintaqı tamamlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması barədə 3 cinayət işi üzrə 3 hüquqi şəxs barədə qərar qəbul olunaraq, hüquqi şəxslər və onların rəhbərliyi məhkəmə məsuliyyətinə verilib.