Formula 1-in Azərbaycana gətirdiyi gəlirin məbləği açıqlanıb


Digərləri 15 Yan 2020 11:25:00 126 0

Formula 1-in Azərbaycana gətirdiyi gəlirin məbləği açıqlanıb

Bakıda 2016-2019-cu illər ərzində keçirilən Formula 1 yarışlarının Azərbaycan iqtisadiyyatına faydaları açıqlanıb.

Bakı. Elçin Mehdiyev – Bakıda 2016-2019-cu illər ərzində keçirilən Formula 1 yarışlarının Azərbaycan iqtisadiyyatına faydaları açıqlanıb. Trend-in məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai indiyədək Bakıda baş tutmuş Formula 1 yarışlarının nəticələrinə həsr edilmiş mətbuat konfransında bildirib ki, Formula 1 yarışları indiyə qədər Azərbaycana 506.3 milyon dollar gəlir gətirib. Bu məbləğ Formula 1 yarışları ilə əlaqədar Bakıya gələn qonaqların xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir.