Qubada 58 yaşlı kişi bıçaqlanıb


Sosial 15 Yan 2020 11:06:09 116 0

Qubada 58 yaşlı kişi bıçaqlanıb

Nəbi Camal oğlu Şəfiyev mübahisə zəminində həmkəndlisi Rauf Muradov tərəfindən bıçaqlanıb.

Quba rayonunda baçaqlanma olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə,hadisə rayonun Birinci Nügədi kəndində baş verib.

Belə ki, kənd sakini, 1962-ci il təvəllüdlü Nəbi Camal oğlu Şəfiyev mübahisə zəminində həmkəndlisi Rauf Muradov tərəfindən bıçaqlanıb.

Nəticədə, N.Şəfiyev Boyunun sol tərəfinin kəsilmiş-deşilmiş yarası, traxeyanın zədələnməsi diaqnozu ilə Quba Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.