Zaqatala sakini əylənmək üçün 3 evdən zinət əşyalarını oğurlayıb (FOTO)


Digərləri 15 Yan 2020 11:07:18 120 0

Zaqatala sakini əylənmək üçün 3 evdən zinət əşyalarını oğurlayıb (FOTO)

O, əvvəllər də məhkum olunub

Bakı. Zaqatalada 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinə rayonun Yuxarı Tala kəndində yerləşən 3 evdən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. Bildirilir ki, bununla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib. Zərərçəkmişlərə məxsus evlərdən ümumi dəyəri 8000 manata yaxın olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş 22 yaşlı Əhməd Məmmədov saxlanılıb.