İranda təyyarə qəzasında həlak olanların


Dünya 15 Yan 2020 10:50:00 128 0

İranda təyyarə qəzasında həlak olanların

İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında yanvarın 8-də qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsində həlak olanların 123 nəfərinin kimliyi bəlli olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, İranın Tibbi Ekspertiza Təşkilatının əlaqədar məlumatında öz əksini tapıb.

Məlumata əsasən, Tehran vilayətinin tibbi ekspertiza laboratoriyalarında DNT analizlərinin aparılması davam etdirilir.

Təşkilatın məlumatında qeyd olunur ki, qəzada həlak olan 176 nəfərin 147-si İran vətəndaşı, qalanı isə əcnəbi vətəndaşdır.

Ötən gün (14 yanvar) 30 nəfərin meyiti aidiyyəti üzrə ailələrinə təhvil verilib.