Dil və Tərcümə Xidmətləri Mərkəzi təlim təşkil edib (FOTO)


Digərləri 15 Yan 2020 10:43:17 106 0

Dil və Tərcümə Xidmətləri Mərkəzi təlim təşkil edib (FOTO)

Layihədə İsmayıllı, Ağdam, Bakı məktəblərindən 67 müəllim iştirak edib.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) Dil və Tərcümə Xidmətləri Mərkəzi "British Council"in təlimçisi Zarema İbrahimovanın iştirakı ilə “Tələbələrdə danışıq vərdişlərinin inkişafı: onları xarici dildə danışmağa sövq etmək” adlı ödənişsiz təlim keçirib. Təlim universitetdən məzun olan və hazırda Azərbaycanın regionlarında işləyən müəllimlərin ingilis dilinin tədrisi metodikası sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə təşkil olunub. Universitetdən Trend-ə verilən məlumata görə, ADU-nun Tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova məzunları universitetdə görməkdən məmnun olduğunu deyib. S. Zeynalova təlimin təşkil olunmasını yüksək qiymətləndirib, məqsəd və vəzifələr haqqında fikirlərini bölüşüb. Layihədə İsmayıllı, Ağdam, Bakı məktəblərindən 67 müəllim iştirak edib. İki saat davam edən təlimin tapşırıqları müasir təhsil kontekstində dil bacarıqlarının inkişafı, danışıq bacarığını inkişaf etdirən tapşırıqların interaktiv şəkildə öyrədilməsi üzrə aparılıb.