İranda yenə də avtobus aşdı: Xeyli ölən və yaralanan var


Digərləri 15 Yan 2020 10:46:00 121 0

İranda yenə də avtobus aşdı: Xeyli ölən və yaralanan var

Yaralılar xəstəxanalara yerləşdiriliblər

Bakı. Elnur Bağışov - İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Bərdsir rayonunda Məşhəd-Bəndər Abbas avtobusunun aşması nəticəsində 7 nəfər həlak olub. Trend-in məlumatına görə, bunu İranın Kirman vilayətinin Fövqəladə Hallar və Təcili Tibbi Yardımlar üzrə Mərkəzinin direktoru Məhəmməd Saberi deyib. O bildirib ki, həlak olanların 5-i qadın, ikisi isə kişidir. Mərkəz rəsmisi hadisə nəticəsində 31 nəfərin yaralandığını deyib. Saberi əlavə edib ki, yaralılar xəstəxanalara yerləşdiriliblər və onlardan ikisinin vəziyyəti ağırdır.