Almaniyanın ötənilki dövlət büdcəsində 14 milyard avro qalıq yaranıb


İqtisadiyyat 15 Yan 2020 10:23:46 111 0

Almaniyanın ötənilki dövlət büdcəsində 14 milyard avro qalıq yaranıb

2019-cu ildə Almaniyanın dövlət büdcəsinin gəlirləri 357,1 milyard avro, xərcləri isə 343,6 milyard avro təşkil edib. Son nəticədə büdcədə rekord məbləğdə - 13,5 milyard avro qalıq yaranıb

2019-cu ildəAlmaniyanın dövlətbüdcəsinin gəlirləri 357,1 milyard avro, xərcləri isə 343,6 milyard avro təşkil edib. Son nəticədə büdcədə rekord məbləğdə -13,5 milyard avro qalıq yaranıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyininhesabatında bildirilir.

Məlumata görə, bununla da,büdcənin qalıq vəsaitlərinin ümumi məbləği48 milyard avroya çatıb ki, bunun da17,5 milyard avroluq hissəsinin necə xərclənəcəyihələ planlaşdırılmayıb.

"İndi Almaniyada daha çox investisiya qoymaq imkanımız var. İnfrastruktur, təhsil, səhiyyə, iqlim dəyişikliyi qarşı mübarizə və ölkənin bütün bölgələrinə bərabər səviyyədə investisiya yatırmaq barədə müzakirələr aparılır", - deyəmaliyyə naziri Olaf Şholz bildirib.

Rekord büdcə qalığına səbəb kimi ölkədə faiz dərəcələrinin aşağı olması,vergi yığımlarının proqnozu3,5 milyard avro üstələməsi və Böyük Britaniyanın Avropa İttifaqının tərk etməsi ("Brexit") prosesinin ötən il başa çatmaması göstərilir.