Ötən il qanunsuz olaraq saxta spirtli içkilər istehsal edərək satışını həyata keçirən 4 şəxs həbs edilib


Digərləri 15 Yan 2020 10:18:00 109 0

Ötən il qanunsuz olaraq saxta spirtli içkilər istehsal edərək satışını həyata keçirən 4 şəxs həbs edilib

Ötən il məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83.2 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21.8 milyon manatın ödənilməsi təmin edilib.

Bakı. Samir Əli - Ötən il məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83.2 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21.8 milyon manatın ödənilməsi təmin edilib. Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 40.3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 74.7 %-nin ödənilməsi təmin edilib: “O cümlədən, Mənzil Tikinti Kooperativlərinin vəzifəli şəxsləri və onlarla cinayət əlaqəsinə girmiş digər şəxslər tərəfindən ayrı-ayrı vətəndaşlara satılmış mənzilləri təkrar satmaqla dələduzluq yolu ilə özgələrinə məxsus külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər görülüb”.