KİV: İranda Ukrayna təyyarəsinin vurulması anını videoya çəkən şəxs saxlanılıb


Dünya 15 Yan 2020 10:04:18 101 0

KİV: İranda Ukrayna təyyarəsinin vurulması anını videoya çəkən şəxs saxlanılıb

İslam İnqilabı Keşikçiləri Korpusu Tehranda Ukrayna “Boeing”inə raket zərbəsi endirildiyi güman edilən anı videoya çəkən şəxsi saxlayıb

İslam İnqilabı Keşikçiləri Korpusu Tehranda Ukrayna “Boeing”inə raket zərbəsi endirildiyi güman edilən anı videoya çəkən şəxsi saxlayıb.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Daha əvvəl İran hökuməti təyyarə qəzası ilə əlaqədar bir neçə nəfərinhəbs olunduğunu elan etmişdi.

Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan az sonra vurulub. Təyyarədəki 176 nəfərin hamısı ölüb.