Bakı şəhər Baş Polis İdarəsində yeni təyinat olub
Digərləri 15 Yan 2020 10:00:00 208 0
Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) İstintaq və Təhqiqat İdarəsinin rəisi Polis polkovniki Nazim İsmayılov vəzifəsindən azad olunub
Bakı. Samir Əli -
Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) İstintaq və Təhqiqat İdarəsinin rəisi Polis polkovniki Nazim İsmayılov vəzifəsindən azad olunaraq, Bakı şəhər BPİ-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi vəzifəsində təyin təyin olunub.
Trend-in məlumatına əsasən, təyinatla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.
Mənbə: az.trend.az