Çindəki virusla bağlı Azərbaycanda turizm şirkətlərinə müraciət edildi


Digərləri 15 Yan 2020 09:51:00 126 0

Çindəki virusla bağlı Azərbaycanda turizm şirkətlərinə müraciət edildi

Çinin Uxan şəhərində koronavirusun yeni növünün müşahidə edilməsi ilə əlaqədar Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdəki turizm şirkətlərinə müraciət edilib.

Son.az xəbər verir ki, bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, Uxan şəhərində yayılan virusla əlaqədar turizm şirkətlərinə Çinin həmin şəhərinə səfər edən turistlərin diqqətli olması barədə təlimat verilib.

Qeyd edək ki, Çinin Uxan şəhərində koronavirusun yeni növündən ilk ölüm faktı qeydə alınıb. Şəhərdə daha 40 nəfərin xəstə olduğu, 100-dən artıq insanın isə nəzarət altında saxlanıldığı qeyd edilir: