"Azərbaycan elektrik enerjisinə əlçatanlığı ciddi şəkildə artıra bilib"


Digərləri 15 Yan 2020 09:24:00 96 0

"Azərbaycan elektrik enerjisinə əlçatanlığı ciddi şəkildə artıra bilib"

Azərbaycan elektrik enerjisinə əlçatanlığı son illər ərzində ciddi şəkildə artıra bilib. Təbii ki, bu artım bir tərəfdən də infrastrukturun inkişaf etdirilməsi ilə bağlıdır.

Son.az xəbər verir ki, bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsi çərçivəsində Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, infrastrukturun inkişaf etdirilməsi yalnız paytaxt və iri şəhərlərdə deyil, digər rayonlarda da elektrik enerjisinin praktik olaraq fasiləsiz verilməsinə təkan verir. Elektrik enerjisinin istehsalı həm də elektrik enerjisinin ixracı baxımından əlverişli şərait yaradıb ki, bu da Azərbaycanın elektrik enerjisi ixracatının artmasına imkan verir.

V.Bayramov vurğulayıb ki, elektrik enerjisi ixracatının artması ölkəyə gələn valyuta həcminin çoxalmasına şərait yaradır: "Əvvəllər elektrik enerjisinə olan tələbatı yerli istehsal vasitəsilə ödəməkdə çətinliklər var idisə, hazırda Azərbaycan nəinki yerli tələbatı ödəyir, həm də elektrik enerjisini ixrac etməklə valyuta ehtiyatlarının artmasına töhfə verir".